Belarus Dövlət İqtisad Universitetində ən pis nəticə göstərən xarici tələbələr müəyyənləşib.
Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, türkmən tələbələrin 69 faizi heç bir fənn üzrə qiymət ala bilməyib. Çinlilərdə bu göstərici 79, gürcülərdə 75, ruslarda 71 faiz təşkil edib.
Azərbaycanlıların isə 55 faizi qeyri-kafi qiymət alıb.
Belarus Dövlət İqtisad Universiteti birinci semestrin sonuna olan qiymətləndirməyə əsasən 10 əcnəbi tələbəni qovub. Onlardan 8-nin Türkmənistan vətəndaşları olduğu bildirilir.