5 Mart 2019 17:17
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Teleqraf.com-un məlumatına görə, iclasda əfvlə bağlı müraciətlərə baxılıb.

Komissiyanın indiyə qədər keçirilən iclaslarında baxılan müraciətlərin ümumi sayı 500-dən artıqdır.

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasının ötən il yanvarın sonlarından mayın ortalarına qədər davam edən iclaslarında 1200-dən artıq müraciətə baxılmışdı. İclasların ardınca, 2018-ci il mayın 24-də Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzaladı.

Əfv sərəncamı ümumilikdə 634 nəfərə şamil olundu.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər