Təhsil naziri Ceyhun Bayramovun şöbə müdirini işdən çıxarması barədə mətbuatda yayılan məlumata münasibət bildirilib.
Teleqraf.com Modern.az-a istinadla xəbər verir ki, Təhsil Nazirliyinin mətbuat katibi Cəsarət Valehov qeyd edib ki, yazılanlar həqiqət deyil:
“Təhsil Nazirliyinin şöbə müdiri Kənan Quliyev öz ərizəsi ilə tutduğu vəzifədən ayrılıb və digər dövlət qurumunda yüksək vəzifəyə təyin olunub.
Özünüzdən uydurma məlumatlar yayaraq insanları ləkələməyin, belə məlumatlar yalnız böhtan mahiyyəti daşıyır. Sadəcə təəssüf!”.
***
11:04
Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə nazirliyin Daxili Nəzarət Şöbəsinin müdiri Kənan Quliyev vəzifəsindən azad olunub və yerinə İlqar Mahmudov təyin olunub.
Teleqraf.com xəbər verir ki, bu barədə Unikal.org-a nazirlikdən məlumat verilib.
Qeyd edək ki, İ.Mahmudov bu təyinata qədər Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin müdir müavini, yerli təhsili idarəetmə orqanlarının işinin əlaqələndirilməsi sektorunun müdiri vəzifəsində çalışıb.