9 Mart 2019 13:43
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) problemli kreditlərin həlli üzrə kommunikasiyanı gücləndirmək məqsədilə yeni elektron resurs (http://iqtisadiislahat.org/pk/) hazırlayıb.

Mərkəzdən Teleqraf.copm-a bildirilib ki, elektron resursun ilk bölməsində qanunvericilik bazası yer alıb. Hazırda həmin bölmədə Prezident İlham Əliyevin fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq və dövlət dəstəyini təmin etmək məqsədilə imzaladığı Fərman yerləşdirilib.

İkinci bölmədə dövlət büdcəsinin hesabına xarici valyutada mövcud olan əsas kredit borcuna görə ödənişin hesablanması üzrə tərtib olunan kalkulyator yer alıb. Bu kalkulyator vasitəsilə həm 2015-ci il fevralın 21-nə, həm də 2015-ci il dekabrın 21-dək xarici valyutada mövcud olan əsas kredit borcunu daxil etməklə kompensasiya məbləğini hesablamaq mümkündür. Kalkulyatorla həm “scroll-bar”, həm də xanada əsas kredit borcunu göstərməklə kompensasiyanı hesablamaq mümkündür.

Yeni elektron resursun digər bölməsi Fərmanın vizual təqdimatı izahını təqdim edir. Bu bölmədə fiziki şəxslərin problemli kreditlərin həlli üzrə Fərmanın əsas məqamlarını vizual olaraq izah edən inoqrafika və videoçarxlar yerləşdirlib.

Sonuncu bölmə tez-tez ünvanlanan suallara aid edilib. Bu bölmədə Fərmanla bağlı ən aktual məsələlər eləcə də problemlərə dair suallar cavablandırılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər