12 Mart 2019 08:05
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

NATO və Gürcüstanın Birgə Təlim və Qiymətləndirmə Mərkəzində (JTEC) 18-29 mart tarixlərində "NATO-Gürcüstan 2019 təlimləri" keçiriləcək.

Teleqraf.com xəbər verir ki, təlimlərdə 21 müttəfiq ölkə (Albaniya, Belçika, Bolqarıstan, Çexiya, Almaniya, Danimarka, Estoniya, Fransa, Yunanıstan, Böyük Britaniya, Macarıstan, Latviya, Litva, Niderland, Norveç, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Türkiyə və ABŞ) və 4 NATO-nun tərəfdaşı olan ölkədən (Azərbaycan, Finlandiya, Gürcüstan və İsveç) 350-dən artıq hərbi qulluqçu iştirak edəcək.

Gürcüstanın Müdafiə Nazirliyindən bildiriblər ki, "NATO-Gürcüstan 2019 təlimləri" NATO-Gürcüstan əhəmiyyətli paketi çərçivəsində keçirilən ikinci təlimləridir. İlk təlimlər 2016-cı ildə baş tutub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər