Gün ərzində hamilə qadının bir siqaret çəkməsi belə, uşağın gözlənilməz ölüm riskini artırır.
Teleqraf.com xəbər verir ki, bu fikir ABŞ-ın Pediatriya İnstitunun araşdırmasında yer alıb.
İnstitutun mütəxəssisi Tatyana Anderson erkən uşaq ölümlərinin sayını azaltmaq üçün siqareti tərgitməyin əhəmiyyətinə diqqət çəkir.
Anderson və həmkarlarının araşdırmasına görə, 2007-2011-ci illər ərzində təkcə ABŞ-da 19 min uşaq bu səbəbdən həyatını itirib. 20 milyon uşaq isə müxtəlif problemlərlə doğulub.
Artıq anaların hamiləlik dönəmində siqaretdən istifadə etməsinin uşaqlarda gözlənilməz ölüm sindromunun inkişafı üçün bir risk faktoru olduğu təsdiq edilib.
Gün ərzində çəkilən bir siqaret gözlənilməz ölüm riskini bir neçə faiz, günə çəkilən bir qutu siqaret isə dəfələrlə artırır.