“İnsan orqanlarının transplantasiyası ilə bağlı yeni qanun hazırlanarkən müzakirə edildi ki, donor-respiyentin yalnız qohum olması problemlər yaradır”.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin təşkil etdiyi insan orqanlarının donorluğu və transplantasiyası ilə bağlı dinləmədə komitənin sədr müavini Musa Quliyev deyib.
M.Quliyev qeyd edib ki, hazırkı qanunda qohum olmadığı halda, donorluğa icazə verilmir: “Dünya təcrübəsində, xüsusən də Türkiyədə Etika Komissiyasının rəyi əsasında qohum olmayan şəxsin (alqı-satqı vasitəsi də olmamaq şərtilə) könüllü donorluğuna icazə verilir. Kimsə humanist addım atmaq istəyirsə, buna əngəl olmaq doğru deyil. Donor qohum ola da bilər, olmaya da”.