13 Mart 2019 11:57
477
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mart ayının pensiyalarının qrafik üzrə verilməsinə başlanılıb. Artıq 10-dan çox rayonda pensiyalar hesablara köçürülüb".

Teleqraf.com xəbər verir ki, bunu açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, Novruz bayramına qədər ölkə üzrə bütün pensiyaların ödənilməsi təmin olunacaq.

S.Babayev qeyd edib ki, martın 18-nə kimi bu ödənişlər tam yekunlaşacaq: "Adətən pensiyalar ay sonunda verilirdi. Bu dəfə pensiya ödənişlərinin artımla birlikdə Novruz bayramına qədər verilməsi təmin ediləcək".


Müəllif: Gülxar

Oxşar xəbərlər