Artıq hamıya məlumdur ki, artıq çəki cinsi həyata mənfi təsir edir. Araşdırmalar sübut edib ki, çəki ideal həddini 15 faiz üstələyirsə, seksual həyatda ləngimə baş verir. Ən aktiv seksual cütlüklər çəkiləri idealdan 5-7% artıq olanlardır. Bu, həm kişi, həm də qadınlara aiddir.
Ancaq cinsi həyatından məmnun olmayanlar üçün təsirli və asan vasitələr də mövcuddur. İnsanın gün ərzində qəbul etdiyi qida onun həm zehni, həm də fiziki gücünə təsir edə bilir. Eləcə də yataqdakı performansına…
Qədim zamanlardan bəri Rusiyada cəfəri və keşnişin seksual aktivliyi qısa müddətli də olsa stimullaşdırıcı vasitələr olduğuna inanılırdı. Bu bitkiləri gündəlik qida rasionunuza daxil edərək, siz də onların möcüzəvi gücündən faydalana bilərsiniz.
Cinsi aktivliyi artıran digər qidalar isə soğan, sarımsaq, istiotdur. Bunlar bədəndəki qan dövranını 3-4 saatlığına da olsa artırır. Bu da fiziki gücə təsir edir.
Daim yüksək enerjili olmaq və partnyorunu yataqda həmişə xoşbəxt etmək istəyənlər tərkibində bol miqdarda zülal olan kəsmik, quş və dovşan əti yeməlidir. Bu qidaların tərkibindəki zülal qandakı testosteron hormonunun toplanmasını sürətləndirir.
Tədqiqatlar göstərir ki, müntəzəm olaraq kəsmiklə qidalanan insanlar daha yaxşı performansa sahib olurlar. Kəsmik istehsalına görə öndə gedən Gürcüstan, İsveçrə, İspaniya kimi ölkələrdə insanların seksual həyatlarının uzun ömürlü olması müşahidə olunur.
Buralarda yaşayan kişilərin seksual həyatının 75 yaşına kimi davam etdiyi bildirilir.
Seksual hisslərin yüksəlməsinə səbəb olan məhsullar afrodizyak adı altında qruplaşdırılır. Çinlilər bu qidalara kərəvizi, kələmi, turpu, yumurtanı, toyuq, göyərçin və donuz ətini də aid edirlər. Odur ki, sağlam və xoşbəxt həyat yaşamaq istəyənlər nə yemək lazım gəldiyini bilirlər.
Tabloid.az