14 Mart 2019 13:55
569
12 Punto 14 Punto 16 Punto 18 Punto

2019-cu ildə hədəflərimizdən biri mobil gömrük sisteminin tətbiqidir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Dövlət Gömrük Komitəsi Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəis müavini Azər Abasov deyib.

O bildirib ki, Ümumdünya Gömrük Təşkilatı ilə Dövlət Gömrük Komitəsi arasında elektron tədris sistemi yaradılıb:

“Məqsəd gömrük əməkdaşlarının heç yerə getmədən , vaxt itirmədən məlumatlı olmağıdır. Bununla yanaşı, elektron növbə sisteminin üzərində də iş gedir, çox güman ki, bu, ilin sonuna qədər tətbiq olunacaq”.

Azər Abasov iki dövlətlə gömrük sistemində informasiya mübadiləsi aparmaq üçün danışıqlar aparıldığını da qeyd edib:

“Hazırda Qazaxıstan və Özbəkistanla danışıqlar aparılır. Türkiyə, Rusiya, Ukrayna, Moldova, Gürcüstan və İranla da informasiya mübadiləsi aparırıq”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər