14 Mart 2019 15:21
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağstafa rayon sakini, hazırda Bakının Binəqədi rayonunda yaşayan Ramil Əliyevin köməyə ehtiyacı var.

Teleqraf.com xəbər verir ki, 41 yaşlı Ramil iki ildir Hoçkin linfoması (Linfoma xərçəngi) xəstəliyindən əziyyət çəkir.

Yaxınlarının saytımıza verdiyi məlumata görə, Ramil Əliyev ilkin olaraq Azərbaycanda, sonra isə Türkiyədə əməliyyat olunub. Bu əməliyyatlardan sonra onun səhhətində müsbət irəliləyişlər olsa da, yenidən problemlər yaranıb və Hockin linfoması xəstəliyinin əlamətləri özünü göstərib.

Hazırda o, İstanbulun “Anadolu” klinikasında müalicə alır və bu müalicənin ilk mərhələsində həkimlər Ramilin səhhətində müsbət irəliləyişlər müşahidə ediblər.

Bildiriblər ki, onun tam şəkildə bu xəstəlikdən qurtulub normal həyata dönüşü üçün 68 000 ABŞ dolları (115 600 AZN) vəsaitə ehtiyac var. Bu məbləğ toplanarsa, o, tam şəkildə sağalaraq doğmalarının yanına qayıda bilər. Ailənin isə buna imkanı yetərli deyil.

Ramil Əliyevə maddi kömək etmək istəyən şəxslər aşağıda göstərilən hesab nömrəsinə və bank kartı hesabına köçürmə edə bilərlər.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər