14 Mart 2019 18:25
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

15 mart 2019-cu il tarixində saat 10:30-da Muzey Mərkəzində Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinə hədiyyə edilmiş 12 ədəd türk musiqi alətinin təqdimat mərasimi keçiriləcəkdir.

Teleqraf.com-un məlumatına görə, tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndələri, Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirliyinin nümayəndələri iştirak edəcəkdirlər.

Həmçinin tədbirdə Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin Qədim Musiqi Alətləri Ansamblının Azərbaycan və türk musiqisindən ibarət konsert proqramı ilə çıxışı nəzərdə tutulur.


Müəllif: Teleqraf.com