Ötən il Türkiyədə əsası qoyulan “STAR” neft emalı zavodu ildə 10 milyon ton neft emal edəcək.
Teleqraf.com xəbər verir ki, bu sözləri Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən deyib.
Baş nazir bildirib ki, bu zavod ilk 5 il müddətində Azərbaycana 800 milyon ABŞ dolları gəlir gətirəcək.
Novruz Məmmədov əlavə edib ki, zavod sonrakı müddətdə Azərbaycana hər il 600 milyon ABŞ dolları gəlir gətirəcək.