Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Orduda, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin ərazilərində ümumordu iməciliyi keçirilib.
Müdafiə Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, iməcilik zamanı hərbi şəhərciklərdə, hərbi hissələr, inzibati, xidməti bina və obyektlərin ətrafında müxtəlif növ ağac və gül kolları əkilib, eləcə də yaşıllıq zolaqları salınıb.