Penitensiar Xidmətin 9 saylı cəza çəkmə müəssisəsində əfv sərəncamının icrası davam etdirilib.
Teleqraf.com xəbıər verir ki, bu müəsissədə 5 məhkum əfv olunaraq azadlığa buraxılıb.
Məhkum olunanlar arasında Eldar Sabiroğlunun oğlu, Zərdab rayon Prokurorluğunun sabiq müstəntiqi Rüfət Səfərov da əfv olunanlar sırasındadır.
Əfv olunan məhkumlara bülletenləri Pentensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov, deputat Elman Nəsirli və QHT rəhbələri təqdim edib.
Əfv sərəncamı ilə azadlığa buraxılan Rüfət Səfərov qeyd edib ki, adının əfv olunanlar arasında olduğunu biləndə çox sevinib: "Bu, qarışıq hissdir. 3 il əvvəl həbs edilmişəm və 3 ildən sonra azadlığa qovuşdum. Azadlıq hissi çox gözəldir. İstərdim ki, bu hissi bütün məhkumlar yaşasın. Bundan sonra cəmiyyət üçün faydalı işlər görəcəyəm".
Foto: Pərviz Həşimi