Bu gün əfv sərəncamının icrası Bakı İstintaq Təcridxanasında davam etdirilib.
Teleqraf.com xəbər verir ki, istintaq təcridxanasının təsərrüfat işlərinə baxan 6 məhkuma əfv bülleteni verilib.
Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi Mirsaleh Seyidov deyib ki, ulu öndər Heydər Əliyevin 1995-ci ildə əsasını qoyduğu əfv sərəncamının bu gün də davam etdiyini söyləyib:
"Əfv sərəncamı ənənə halını alıb, neçə- neçə ailələr sevinir. Cənab Prezident İlham Əliyevin humanistliyi nəticəsində məhkumlar həbsdən azad edilir".
Mirsaleh Seyidov qeyd edib ki, bununla da əfv sərəncamının ön icrası başa çatıb. O, əfv olunan məhkumların yolunun bir daha həbsxanadan düşməməsini onlara məsləhət görüb.
Əfv olunan məhkumlar və onların ailə üzvləri sevindiklərini deyiblər və bu humanistliyinə görə ölkə başçısına minnətdarlıq hisslərini ifadə ediblər.
Foto: Pərviz Həşimi