Mütəmadi olaraq idman edən insanlar həm daha sağlam, həm də daha gözəl bədənə sahib olurlar. İdmanın stressi atmaqda da böyük rolu var. Amma idmanın bilmədiyimiz daha bir faydası var. Belə ki, idman kişinin cinsi performansını artırır.
Mütəxəssislər bildiriblər ki, idmanla məşğul olan kişilər yataqda daha aktiv olurlar. İdman qan dövranını sürətləndirdiyi üçün cinsi orqanlara gedən qan sürətlənir. Beləcə kişinin cinsi istəyir artmış olur. Həm də idmanla məşğul olan kişi cinsi əlaqə zamanı çox yorulmur. Siqaret çəkən, spritli içki qəbul edən kişilər cinsi əlaqə zamanı çox tez yorulur. Buna görə də həkimlər kişilərə idmanla məşğul olmağı tövsiyə edirlər.
/tabloid.az/