19 Mart 2019 13:54
953
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sinqapur, Paris və Honkonq dünyanıın ən bahalı şəhərlərinin reytinq cədvəlinin ilk üç pilləsində qərarlaşıb.

Teleqraf.com “Bloomberg” agentliyinə istinadla xəbər verir ki, reytinq cədvəli “Economist Intelligence Unit” jurnalı tərəfindən tərtib olunub.

Qeyd olunur ki, beləliklə, Sinqapur dünyanın ən bahalı şəhəri adını 5 ildir özündə saxlamış olub.

O da bildirilir ki, bu üç şəhərdə yaşayış xərcləri siyahıda yeddinci yerdə qərarlaşan Nyu-Yorkdan 7 faiz yüksəkdir. Los Anceles ötən ilə nisbətən bir neçə bənd üzrə yüksəlib və Tel-Əvivlə birgə onuncu yeri bölüşüb.

İlk onluğa Avropa şəhərlərindən Sürix, Cenevrə və Kopenhagen, Yaponiyanın Osaka və Cənubi Koreyanın paytaxtı Seul daxildir. Jurnal qeyd edir ki, Asiya şəhərləri siyahıya ərzaq xərclərinin yüksək olması səbəbindən düşüblər.

2019-cü il üzrə dünyanın ən ucuz şəhərləri isə Hindistanın Banqalor, Çennai və Yeni Dehli şəhərləri, həmçinin Pakistanın Kəraçi şəhəri seçilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər