20 Mart 2019 07:25
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tezliklə populyar “Votsap” messenceri linklərə baxış üçün daxili brauzerlə təchiz ediləcək.

Teleqraf.com xəbər verir ki, daxili brauzerin köməyi ilə veb səhifələri birbaşa “Votsap” messenceri daxilində açmaq mümkün olacaq. Beləliklə, göndərilmiş linklərə daxil olmaq üçün “Votsap”dan çıxmaq lazım olmayacaq. Bu, istifadəçinin vaxtına qənaət etməyə, həmçinin spam və saxta mesajlarla mübarizə aparmağa imkan verəcək.

Messencerə quraşdırılmış brauzer istifadəçiləri zərərverici veb səhifələrə yönəldən linklər haqqında xəbərdar edəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər