22 Mart 2019 22:08
418
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xətai rayonunda bir nəfər mənzildə köməksiz vəziyyətdə qalıb.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Bakı şəhərinin Xətai rayonunda 1 nəfər giriş qapısının kilidinin sınması nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri qapının açılmasını təmin ediblər.

Əməliyyat başa çatıb.


Müəllif: Teleqraf.com