23 Mart 2019 19:29
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda qəsdən adam öldürməkdə ittiham olunaraq ölümə məhkum edilən daha 1 nəfər edam edilib.

Teleqraf.com xəbər verir ki, məhkum 10 gün əvvəl edam edilsə də, bu barədə xəbər yeni yayılıb.

Məlumata görə, 6 il əvvəl naməlum səbəbə görə qətl törədən və həmin vaxtdan həbsdə saxlanılan Güney Azərbaycanın Təbriz şəhər sakini, 34 yaşlı məhkum Rza Əkbəri martın 13-də Zəncan həbsxanasında dara çəkilib.

Edam edilən şəxsin məhkəmə prosesi barədə hər hansı bir məlumat verilməyib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər