26 Mart 2019 17:35
855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün sosial şəbəkələrdə "Diqlas" ticarət mərkəzində baş verən yanğın zamanı mülki geyimli şəxslərin də yanğının söndürülməsində iştirak etməsini əks etdirən videogörüntülər paylaşılıb.

FHN-in Mətbuat xidmətinin rəhbəri Yəhya Babanlının Teleqraf.com-a verdiyi məlumata görə, həmin videogörüntüdəki şəxslər əslində FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləridir:

"Bu gün onların istirahət günləri olmasına baxmayaraq, hadisə yerinə yaxın yaşadıqlarından öz həmkarlarına kömək məqsədilə əraziyə gəliblər. FHN bir daha sosial şəbəkə istifadəçilərindən xahiş edir ki, dəqiqləşdirilmədən, qərəzli şəkildə yayılan bu kimi məlumatlara və videogörüntülərə düeyil, nazirliyin rəsmi mövqeyinə istinad edilsin".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər