27 Mart 2019 09:09
1 502
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən il ərzində Azərbaycanda hüquq mühafizə orqanları 450 azyaşlının avaralıq və dilənçiliklə məşğul olduğunu müəyyən ediblər.

Trend-in məlumatına görə, 2018-ci il ərzində polis orqanlarına 3000 azyaşlı gətirilib.

Onlar valideyn nəzarətindən, ictimai təsir vasitələrindən, pedaqoji mühitdən kənarda qaldıqlarına, habelə qanun pozuntularına yol verdiklərinə görə polis orqanlarına gətirilib. Həmin şəxslərin 450-si avaralıq və dilənçiliklə məşğul olan azyaşlı olub.

Onların hər biri barədə qanunvericiliyə uyğun tədbirlər görülüb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər