2 Sentyabr 2014 16:46
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın Baş naziri Matteo Renzi Azərbaycana səfər edəcək.

Teleqraf.com-un xəbərinə görə bu barədə o, keçirdiyi mətbuat konfransında məlumat verib.

Sentyabrın ikinci yarısına planlaşdırılan səfər çərçivəsində Azərbaycan qazını İtaliya vasitəsilə Avropaya çatdıracaq “Trans-Adriatik” (TAP) boru kəməri layihəsi ilə bağlı məqamlar diqqət mərkəzində olacaq. Bununla yanaşı, iki ölkə arasında əlaqələrin son durumu, müxtəlif sahələrdə münasibətlərin inkişaf perspektivləri də görüşlərdə əsas müzakirə mövzusu olacaq.


Müəllif:

Oxşar xəbərlər