Türkiyədə növbəti təcavüz faciəsi yaşanıb.
Hadisə Zonquldağda baş verib. 15 yaşlı B.C atasiyla bibisigilə yeməyə gedib. Elə hər şey də orada baş verir. Atasıgil otaqda olmadığı vaxtda bibisinin əri qızı zorlayır. Bir müddət sonra, intihara cəhd edən qızın atası məsələdən xəbər tutur və polisə şikayət edir.
B.C.-nin iddiasına görə, yeznəsi ona bu hadisədən öncə də maraq göstərib.
B.C-nin ruhi durumu yoxlanlılıb və psixoloji travma almadığı deyilir. Buna görə də təcavüz edən kürəkənə 8 il iş istənilib. Qanunlara görə, əgər qız güclü psixoloji travma alsaydı, təcavüzkara 15 il iş düşərdi. Təcavüzkar 1 ay ərzində həbsdə qalsa da sonar girov müqabilində azadlığa buraxılıb. Məhkəmə davam edir.
Nuray