2 Sentyabr 2014 17:14
1 861
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sentyabrın 2-də Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsində “Hədəf” Mərkəzinin açılış mərasimi keçirilib. Tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev, BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının daimi nümayəndəsi Antonius Broek və digər rəsmi şəxslər iştirak ediblər.

Mərasimdə məlumat verildi ki, “Hədəf” MərkəziDövlət Gömrük Komitəsi və BMTİnkişaf Proqramının birgə həyata keçirdiyi “Azərbaycan Respublikasında Gömrük Xidmətinin Təkmilləşdirilməsi” layihəsi çərçivəsində yaradılıb. Məqsəd hava nəqliyyatında gömrük işini müasir texnologiyalar əsasında qurmaqla, qaçaqmalçılıqla mübarizəni gücləndirmək və hədəfləri müəyyənləşdirməkdir.

Bu Mərkəz Heydər Əliyev Beynəlxalq Hava Limanı, eləcə də Gəncə, Lənkəran və Qəbələ hava limanlarını əhatə edəcək, hava nəqliyyatı vasitəsilə daşınan sərnişin və yüklərin dövlət sərhədindən keçirilməsi zamanı gömrük xidmətinin səmərəliliyinin artırılmasına və iqtisadi təhlükəsizliyin təmin olunmasına xidmət edəcək.
Bundan başqa, “Hədəf ” Mərkəzində Azərbaycan Respublikası ərazisindən keçən tranzit, idxal və ixrac yükdaşımalarında iştirak edən bütün nəqliyyat vasitələrinə də nəzarət olunacaq.

Sonra BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının daimi nümayəndəsi Antonius Broek çıxış edərək Mərkəzin yaradılmasını gömrük işinin asanlaşdırılması və təhlükəsizliyi baxımından çox əhəmiyyətli bir addım olduğunu, bu layihənin regionun digər dövlətləri üçün də faydalı ola biləcəyini vurğulayıb.

Öz növbəsində, Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev diqqətə çatdırdı ki, Azərbaycan Gömrük Xidmətinin BMT İnkişaf Proqramı ilə əməkdaşlığı 1999-cu ildən başlayıb. Bu əməkdaşlıq indiyədək gömrük qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması, gömrük rəsmiləşdirilməsi və nəzarətin avtomatlaşdırılması sisteminin tətbiqi işinə öz töhfəsini verib.

Mərasimin sonunda Azərbaycan RespublikasıDövlət Gömrük Komitəsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında gələcək perspektivə dair memorandum imzalandı. Sənədi Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev və BMT-nin Azərbaycanda rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının daimi nümayəndəsi Antonius Broek imzaladılar.

Naibə


Müəllif:

Oxşar xəbərlər