“Sumqayıtda iki aylıq körpənin oğurlanması faktı araşdırılır”.
Bu barədə Teleqraf.com-a Sumqayıt Şəhər Polis İdarəsindən bildirilib. Hazırda uşağı oğurlayan qadının kimliyi araşdırılır.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov da oxşar açıqlama verib. O deyib ki, uşağın tapılması bu istiqamətdə təhqiqatlar davam edir: “Yaxın günlərdə yeni məlumatlar barədə mətbuata açıqlama veriləcək”.
Avqustun 13-də Sumqayıt şəhərində 29-cu kvartal, ev 11/16, mənzil 30 ünvanında yaşayan Aysel Əhmədovanın 2 aylıq körpəsi naməlum qadın tərəfindən oğurlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 144.1-ci (adam oğurluğu) maddəsi ilə başlanıb.
Bu müddət ərzində körpədən heç bir məlumat olmadığı üçün şəkildə olan qadını görənlərdən xahiş olunur ki, bu telefon nömrələrinə zəng vurulsun.
(018)-65-4-02-02
(050)-332-55-77
(055)-879-76-04
İlhamə