Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş VI atıcılıq turnirinə start verir.
Xidmətdən Teleqraf.com-a verilən məlumata görə, turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsində kütləvi informasiya vasitələrinin rolunun artırılmasıdır.
Turnir mayın 4-də “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçiriləcək.
Yarışda KİV nümayəndələrindən ibarət və hər birində üç nəfərin olduğu komandalar iştirak edə bilər. İki mərhələdə keçiriləcək turnirdə I, II və III yerlərin qalibləri Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin diplomu və qiymətli hədiyyələrlə mükafatlandırılacaqlar.
Turnirdə iştirak etmək istəyən hər bir KİV-dən komandanın tərkibi haqqında məlumatı aprelin 25-dək Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Aparatına və yaxud [email protected] ünvanına göndərilməsi xahiş olunur. Məlumatda komanda üzvlərinin soyadı, adı, atasının adı, təvəllüdü və vəzifəsi qeyd edilməlidir.