29 Aprel 2014 20:12
940
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dövlət Baytarlıq Xidməti: “Azərbaycanda bununla bağlı narahatlığa əsas yoxdur”

Taylanda donuz qripinin 50 nəfərin həyatına son qoyması haqqında məlumatlar yayılıb. Ölkənin səhiyyə qurumları ümumilikdə 30,024 insanın bu xəstəliyə yoluxduğunu rəsmi şəkildə bəyan edib. İndiyədək H1N1 virusu kimi qeydə alınan donuz qripindən ölən olmadığını bildirən rəsmilər virusun sürətlə yayılmasının qarşısını almaq üçün bu xəstələrin qarantin şəraitində saxlanmasının vacibliyini deyiblər.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının yaydığı məlumata görə, virus "donuz qripi" adlansa da, əslində, müxtəlif H1N1 viruslarının qarışığından yaranıb ki, bura donuz qripi, quş qripi və insan qripi də daxildir. Adi öskürək və asqırıqla ətrafa yayılan damcılar və xəstə insanla yaxın kontaktla xəstəlik asanlıqla yayıla bilir.

"Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.
İlk olaraq donuzlarda aşkar edilən və insanlara da asanlıqla yoluxan bu xəstəliyin Azərbaycanda təhlükə yaratmaq ehtimalı varmı?

Dövlət Baytarlıq Xidmətinin (DBX) Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanvəlinin bildirdiyinə görə, DBX-nin yerli idarələri həm qripə görə, həm də Afrika taununa görə, mütəmadi monitorinqlər aparır, qarayara və digər xəstəliklərin peyvənd tədbirləri həyata keçirilir: “Bu günə qədər aparılan monitorinqlərin , peyvəndləmələrin nəticəsi olaraq deyə bilərəm ki, Azərbaycanda donuzlar arasında elə bir narahatedici hal müşahidə olunmayıb”.

DBX rəsmisi bildirdi ki, bununla yanaşı yerli baytarlıq idarələrinin diqqətinə çatdırmışıq ki, donuzçuluq təsərrüfatları qapalı şəraitdə saxlansın: “Azərbaycanda donuzçuluq təsərrüfatı böyük də deyil. Ayrı-ayrı rayonlarda 6-700 min baş donuz saxlanır və heç bir narahatlığa əsas yoxdur”.

NİGAR


Müəllif: