2 Aprel 2019 09:44
455
12 Punto 14 Punto 16 Punto 18 Punto

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “31 Mart-Tariximizin Faciəli Səhifəsi” adlı elmi məqalələr toplusu “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb.

Teleqraf.com xəbər verir ki, iki fəsildən ibarət 504 səhifəlik kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidi, işçi qrupu isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Elmi-Mədəni Mərkəzin direktoru Cavid Kazımov, Filologiya üzrə fəlsəfə doktoru, Tədqiqatlar şöbəsinin müdiri İradə Musayeva və Tədqiqatlar şöbəsinin tarix üzrə elmi işçisi Nərmin Alıyevadır.

Kitabda 40-dan çox müəllifin araşdırması yer alıb. Respublıikamızın tanınmış mütəxəssislərinin, eləcə də Rusiya və Türkiyə universitetlərində çalışan görkəmli alimlərin 31 mart 1918-ci il tarixli faciə ilə bağlı tədqiqatları, eləcə də hadisəyə isti-isti münasibət bildirən o zamankı ictimai-siyasi xadimlərin, ziyalıların 1918-1919-cu illərdəki dövri mətbuatda işıqlandırılan bir çox yazıları çap edilib.

1998-ci ildə - soyqırımın 80-ci ildönümü günündə, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tövsiyəsini əldə rəhbər tutan Milli Məclis rəhbərliyi ali qanunverici orqanının xüsusi sessiyasında çıxış edən Azərbaycan Respublikası I çağırış Milli Məclisinin deputatı, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komissiyasının üzvü, hazırda ölkəmizin Macarıstandakı Fövqəladə və Səlahiyyətli səfiri vəzifəsində çalışan filologiya elmləri doktoru Vilayət Quliyevin geniş məruzəsinin stenoqramı əsasında hazırlanmış mətn də təqdim edilir.

Kitab respublikamızın, eləcə də bəzi xarici ölkələrin kitabxanalarına və universitetlərinə də göndəriləcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər