2 Aprel 2019 14:10
1 408
12 Punto 14 Punto 16 Punto 18 Punto

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyev olub.

Publika.az Rizvan Cəbiyev gəlininin “Anar Nağılbazın qəbrini su basıb” deyə yaydığı xəbərləri təkzib edərək məsələyə aydınlıq gətirib:

“Anara daş atanlar və sağ vaxtında incidənlər çox olub. Anar onların hamısına dözüb, bu gün də ruhu dözəcək. Təəssüf edirəm ki, onun keçmiş həyat yoldaşı, “Anarın qəbrini su basıb, ora getmək mümkün deyil”, - deyə açıqlamalar verib. Təmir o mənada oldu ki, həqiqətən yağan yağışlara görə rənglər getmişdi. Bu bütün qəbirlərdə, hətta evlərdə də belədir ki, əgər ona qatılaşdırılmış maddə qatmasan, o qopa bilər. Burada da var idi, onları düzəltdirdim. Oranı qurunt suları basıb deyərək qəbirstanlıq əhlinə hörmətsizlik edirlər. İki gül kimi nəvəm var, amma o uşaqları vasitə edirlər. Onun əleyhinəyəm olsam da, o, pis də, yaxşı da olsa uşaqların anasıdır. Uşaq atadan yox, anadan yetim qalır. Odur ki, Anjelikaya çox baş qoşmuram. Təqaüdçü adamam, nə imkanım varsa o uşaqlar üçün edirəm”.

Mərhum reperin atası daha sonra gəlininə böyük məsləhət də verib:

“Anjelikaya məsləhət görərdim ki, biraz özünü yığışdırsın. Vaxtilə çox əziyyət verib. İstəmirəm yenidən açam bu məsələləri. Heç olmasa onun ruhunu incitməsin. Məsləhət görərdim ki, Anarın ruhuna hörmət etsin”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər