Daşkəndin Üçtəpə rayonunda Koreya mənşəli özbək oliqarx Dmitri Limə məxsus ev hərrac yolu ilə satışa satışa çıxarılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Özbəkistan mediası məlumat yayıb.
Yusuf Sakkoki küçəsindəki yaşayış kompleksinin start qiyməti 4,2 milyon dollardır. Kompleksin ümumi sahəsi 4300 hektar, binaların sahəsi 20 628 kvadratmetrdir. Hərracın aprelin 29-da keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, D.Lim 2000-ci illərdə topdan və pərakəndə satış bazarlarının böyük şəbəkəsinə sahib olub. O vaxtkı Prezident İslam Kərimovun “bizdə oliqarxlar olmayacaq” deməsindən sonra D.Lim 2009-cu ilin dekabrında Özbəkistanı tərk edərək ABŞ-a gedib. Bundan sonra Özbəkistan Baş Prokurorluğu Limi dövlətə o vaxtkı kursla 226,5 milyon dollara yaxın ziyan vurmaqda ittiham edib.
İş adamı ölkədən yalnız pul çıxara bilib. Qaçan oliqarxın sarayını araşdıran müstəntiqlər oradakı cah-cəlala heyran qalıblar, xüsusilə güc strukturlarının əməkdaşlarını sarayda ümumi sayı 82 ədəd olan nadir avtomobillər valeh edib.
Sarı rəngli saray jurnalistlər tərəfindən “qoğal ev” adlandırılıb. Bina Qrimm qardaşlarının Henzel və Qretel haqqında yazdıqları nağıldakı evə bənzədilib. Hansı ki, bu nağılda küpəgirən qarı uşaqları sarayda aldadaraq tələyə salırdı. Saray nağıllardakı kimi bəzədilib.
İslam Kərimovun zamanında dövlət sahibkarın Sokolki küçəsində yerləşən “Foziltepa” adlanan idman-sağlamlıq mərkəzini də müsadirə etmişdi. Həmin mərkəz 2016-cı ilin iyul ayında yanıb.