Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib.
Teleqraf.com Media.az-a istinadla xəbər verir ki, o, gərgin vəziyyətdə olduğunu və özünə qəsd edə biləcəyini bildirib:
“Uzun müddətdir keçmiş həyat yoldaşım Lalə Məmmədova mənə qarşı aqressiya nümayiş etdirir. Keçmiş həyat yoldaşım mənə rahatlıq vermir, uşaqların alimentini ödəməyi tələb edir. Boşanandan sonra mən işimi itirmişəm, üstəlik anam da dünyasını dəyişib”.
Onun sözlərinə görə, aliment borcu səkkiz minə çatıb:
“Borcun bir hissəsi ödənilir, amma bir dəfəyə ödəmək imkanım yoxdur. Ayda 206 manat ödəmişəm, amma o, ödənişi qaldırmaq üçün məhkəməyə müraciət edib, indi isə məbləğ 308-dir. Bütün məhkəmələrdə ona yaşıl işıq yandırılır”.
İlham Qafarov keçmiş həyat yoldaşının bir neçə mənzili olduğunu qeyd edib. Eyni zaman o, dövlətdən yenisini hədiyyə kimi istəyir:
“Lalə Məmmədova məni depressiyaya salıb. Mən ya həbsxanaya getmək, ya da intihar etmək məcburiyyətindəyəm, başqa yol yoxdur. Borcumu dərhal ödəməyə hazır deyiləm. Mən alimenti ödəməkdən imtina etmirəm, borcumu qisman ödəməyə hazıram”.
Lalə Məmmədov və İlham Qafarov 2004-cü ilin aprel ayında ailə qurublar. Cütlüyün Nərgiz və Çinara adlı iki qızı var. Onlar 2013-cü ildən ayrılıblar.