“Çapar yayınları” bu il doğumunun 150-ci ili tamam olan Azərbaycan mütəfəkkiri, ictimai-siyasi xadim Əhməd bəy Ağaoğlunun xatirələrini çap edib.
Teleqraf.com-un məlumatına görə, Ə.Ağaoğlunun Şuşa, Peterburq və Paris həyatını ehtiva edən kitabın tərtibatçısı Dilqəm Əhməddir.
Kitaba Ə.Ağaoğlunun Türkiyənin “Cümhuriyyət” qəzetində dərc olunan 3 məqaləsi və Mustafa Kamal Atatürkə yazdığı iki məktubu da əlavə edilib.