7 Aprel 2019 13:27
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Zaqatala və Qax rayonunda zəlzələ olub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yerli vaxtla saat 12:27-də Zaqatala stansiyasından 43 km cənubda, Gürcüstan ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycan ərazisində episentrə yaxın rayonlarda 3 bala qədər hiss olunub.

Yeraltı təkanlar Zaqatala ilə sərhəddə yerləşən Qax rayonunun Zərnə və Güllük kəndlərində güclü hiss olunub.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin məlumatına görə, zəlzələnin episentri Qaxdan 8 kilometr şimal-qərbdə yerləşib. Yeraltı təkanların maqnitudası 4,2, dərinliyi isə 60 km olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər