7 Aprel 2019 16:16
525
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Mərkəzinin qarşısında Nərimanov Rayon İcra Hakimiyyəti və Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayon gənclərinin iştirakı ilə “On milyon” adlı fleşmob keçirilib.

Nərimanov Rayon İcra Hakimiyyətindən Teleqraf.com-a verilən məlumata görə, 200-dən artıq rayon gəncinin iştirak etdiyi fleşmob Azərbaycan Respublikasının on milyonuncu vətəndaşının anadan olması münasibətilə təşkil olunub.

Fleşmob gənclərin, Mərkəz ətrafında istirahət edən sakinlərin, turistlərin böyük marağına səbəb olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər