“Hacı Nuran Respublika Perinatal Mərkəzində olmayıb və heç bir körpə ilə də şəkil çəkdirməyib”.
Teleqraf.com xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu, Respublika Perinatal Mərkəzinin baş həkimi Sevinc Məmmədova deyib.
O qeyd edib ki, həmin körpə dünyaya gələndən sonra Respublika Perinatal Mərkəzinə heç bir jurnalist, yaxud hansısa məşhur şəxs gəlməyib: “Hacı Nuran ümumiyyətlə, burada olmayıb. O, heç buranın ünvanını bilmir. Onun qucağında şəkil çəkdirdiyi körpə 10 milyonuncu sakin deyil”.
Məsələ ilə bağlı Hacı Nuran mətbuata açıqlamasında bildirib ki, paylaşdığı fotodakı uşağın 10 milyonuncu şəxs olduğunu deməyib.
"Yazmamışam ki, uşaq həmin uşaqdır. Bir günlük uşaq necə o boyda ola bilər? Sevinə-sevinə paylaşırdım. Əvvəlcədən məndən soruşmadılar ki, şəkil çəkdirdiyin həmin qızdır? Yazdılar, sonra da dedilər ki, camaatı aldatmısan" deyərək, açıqlamasında qeyd edib.