8 Aprel 2019 14:13
1 117
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Tahir Mirkişili azərbaycanlıların sayı ilə bağlı maraqlı məlumat paylaşıb.

Teleqraf.com xəbər verir ki, deputat deyib:

“Azərbaycanlıların sayı Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları (M.Rəsulzadə, F.Xoyski, Ə.Topçubaşov, N.Yusifbəyli və s.) dünyaya gələndə 1,4 milyon, Azərbaycan ictimai-mədəni təfəkkürünün inkişafının dahiləri (C.Məmmədquluzadə, Ü.Hacıbəyov, H.Cavid və s) dünyaya gələndə 1,5 milyon, II Dünya müharibəsinin qəhrəmanları (H.Aslanov, M.Hüseynzadə və s.) dünyaya gələndə 2 milyon, müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev dünyaya gələndə 1,8 milyon, Azərbaycan Prezidenti İlham Əliyev dünyaya gələndə 4 milyon, I vitse-prezident Mehriban Əliyeva dünyaya gələndə 4,4 milyon, Qarabağ uğrunda gedən birinci müharibənin qəhrəmanları dünyaya gələndə 5,5 milyon, aprel döyüşlərinin qəhrəmanları dünyaya gələndə 7,5 milyon idi.

Şərqdə ilk demokratik cümhuriyyət elan edəndə sayımız 1,9 milyon, 1991-ci ildə müstəqilliyimizi elan edəndə sayımız 7,2 milyon olub, hazırda güclü Azərbaycan quraraq sayımız 10 milyondur”.

T.Mirkişili qeyd edib ki, bu siyahını xeyli böyütmək mümkündür:

“Amma bir fakt ortalıqdadır ki, biz sayımızdan asılı olmayaraq hər zaman tarix yazmışıq, dünyaya yaradıcı, qəhrəman, zəki, zərif və dahi şəxsiyyətlər bəxş etmişik. Keçdiyimiz məşəqqətli tarixi çətinliklərə baxmayaraq bu şəxslərin və dövlətimizin sayəsində sayımız hər zaman artıb. Biz hər zaman böyük xalq olmuşuq, gələcəkdə də öz sözümüzü hər yerdə deyəcəyik. Getdikcə güclənən Azərbaycan sayəsində biz daha çox və daha böyük olacağıq”.


Müəllif: Səxavət

Oxşar xəbərlər