Rəqqasə Oksana Rəsulova bir qadının onun adından istifadə edib, camaatdan pul yığdığını açıqlayıb.
Teleqraf.com-un məlumatına görə, sənətçi bu haqda "Səhər-səhər" verilişində danışıb. O bildirib ki, həmin qadını həbs etdirib:
"Bir dəfə balaca qız gəlib ki, sizin bacınız olacam serialda. Deyirəm, nə serial? Qayıtdı ki, serial çəkiləcək, sizin şikəst bacınızı oynayacam.
Bir neçə dəfə başıma belə iş gəlib. Dəfələrlə mənim adımdan istifadə edib kastinq keçiriblər. Hər uşaqdan 50-150 manat pul alıblar. 250 nəfərdən pul toplayıblar. Yalandan adımdan istifadə ediblər. Getdim polisə şikayət verdim. Bütün kastinqə gələn uşaqları topladım. Qızı tutdular, 3 il həbs cəzası verdilər".