9 Aprel 2019 21:16
627
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda gəmidə ölüm hadisəsi baş verib.

Teleqraf.com-un məlumatına görə, hadisə Xəzər dənizinin Qaradağ rayonu ərazisinə aid hissəsində baş verib.

Xəzər Dəniz Neft Donanmasına məxsus "Kunarçay" gəmisinin kran operatorunun köməkçisi işləyən, 1961-ci il təvəllüdlü Qasımov İdris Güləhməd oğlu həmin gəmidə özünəməxsus istirahət otağında qəflətən ürəktutmasından ölüb.

Hüquq-mühafizə orqanları əməkdaşları dərhal hadisə yerinə və meyitə baxış keçirib, meyit müavinə olunmaq üçün ekspertizaya təqdim olunub.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər