10 Aprel 2019 12:47
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

Baş Prokuror Zakir Qaralovun vətəndaşlarla görüşünün keçirilməsinin vaxtı açıqlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Azərbaycan respublikasının Prezidenti İlham Əliyevin tapşırığına və bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov cari il aprelin 19-da saat 10:00-da Ucar rayon prokurorluğunun inzibati binasında Ucar, Ağdaş və Zərdab rayon sakinlərinin qəbulunu keçirəcək:

"Qəbulda vətəndaşların prokurorluq orqanlarının səlahiyyətlərinə aid olan müraciətlərinə baxılacaqdır.

Vətəndaşların qəbulla bağlı qeydiyyatı və Ucar rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcəkdir.

Vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Müraciətlərə baxılması idarəsinin 437-28-79 nömrəli telefonu və [email protected] elektron poçt ünvanı vasitəsilə də qəbula yazıla bilərlər" - deyə məlumatda qeyd olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər