3 Sentyabr 2014 15:59
822
12 Punto 14 Punto 16 Punto 18 Punto

AMEA H.Əliyev adına Coğrafiya İnstitutunun Ekocoğrafiya şöbəsinin əməkdaşları şöbənin rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyevin rəhbərliyi ilə Böyük Qafqazın şimal-şərq hissəsinin intensiv mənimsənilən, Kiçik Qafqazın şimal-şərq yamacının isə texnogen çirklənməyə məruz qalmış ərazilərinin tədqiqi ilə əlaqədar ekspedisiyada olmuşlar.

Teleqraf.com xəbər verir ki, ekspedisiya üzvləri Böyük Qafqazın şimal-şərq hissəsinin yay otlaqlarının müasir ekoloji durumu, onların bitki örtüyünün yerüstü kütlə ehtiyatının üzərindəki əvvəlki müşahidələri davam etdirmiş, intensiv mənimsənilən ərazilərin müasir ekoloji problemlərinə dair elmi araşdırmalar aparmışlar. Kiçik Qafqazın (Gədəbəy və Daşkəsən rayonları timsalında) şimal-şərq yamacıının texnogen landşaftlarının əvvəlki və hazırki durumu, onların yayılma arealları və sahələri, ümumi təbii landşafta vurduğu ziyanlar barədə ilkin məlumatlar toplamışlar.

SEVİL


Müəllif:

Oxşar xəbərlər