Təhsil naziri Ceyhun Bayramov Bakı şəhərinin 162 nömrəli tam orta məktəbinin şagirdi Elina Hacıyevanın intihar etməsi ilə bağlı mətbuat konfransı keçirəcək.
Teleqraf.com xəbər verir ki, bu gün nazirlikdə baş tutacaq konfransda hadisə ilə əlaqədar aparılan xidməti araşdırmanın nəticələri açıqlanacaq.
Nazir məsələ ilə bağlı görülən işləri, qəbul edilən qərarları ictimaiyyətin diqqətinə çatdıracaq, sualları cavablandıracaq.