3 Sentyabr 2014 20:05
682
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Möhsün Pakayini qəbul edib.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, görüşdə komitə sədri İran-Azərbaycan münasibətlərinin tarixi köklərə və ortaq dəyərlərə əsaslandığı vurğulayıb.

İki ölkə arasında çoxtərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini qeyd edən Səfir Möhsün Pakayin, Mübariz Qurbanlını DQİDK-ya sədr təyin edilməsi münasibəti ilə də təbrik edib.

Görüşdə Azərbaycan və İran arasında din sahəsində əməkdaşlıq, dini təhsil, həmçinin birgə tədbirlərin keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər