15 Aprel 2019 22:58
677
12 Punto 14 Punto 16 Punto 18 Punto

D vitamini çatışmazlığı bütün dünyada yayılmış hətta epidemiyaya çevrilmiş bir problemdir. D vitamini çatışmazlığına bağlı orqanizmdə bir sıra pozuntular yaranır ki, onlardan biri də ciddi əzələ zəifliyi problemidir. Simptomlar bel, kürəkdə, aşağı ətraflarda meydana çıxan yayılmış sümük-əzələ ağrıları, gücsüzlük, halsızlıq, oynaqlarda ağrı və hərəkət məhdudiyyəti, sərtlikdəndir. Bu ağrıların şiddəti də D vitaminin qandakı səviyyəsindən asılıdı. Müalicə ilə xəstələrdə əzələ gücü 6-12 ay ərzində bərpa oluna bilir.

Türkiyəli həkim Muharrem Çidemin sözlərinə görə, ona müraciət edən 14 min 925 xəstənin 11 min 29-unda D vitamini çatışmazlığı aşkar edilib. D vitaminin ən önəmli qaynağın Günəş olduğunu deyən həkim qapalı yerlərdə işləyənlərin və oturaq həyat tərzi keçirənlərin vitaminsizlikdən əziyyət çəkdiklərini qeyd edib.

Yağlı balıq, yumurtanın sarısı, dana qaraciyəri, kərə yağı kimi nemətlər D vitamini təmin edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər