16 Aprel 2019 11:53
1 841
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Milli Televizya və Radio Şurası müğənni Rüfət Axundovun "Hər səhər" verilişində işlətdiyi qeyri-etik ifadələrə görə efirlərdə iştirak etməsinə qadağa qoyub.

Qadağaya baxmayaraq, bu gün Xəzər televiziyasında yayımlanan “Hər şey daxil" verilişində Rüfət Axundov qonaq olub. Ancaq verilişdə bir müddət sonra onun mahnısı kəsilib və reklama keçid olub.

Məsələ ilə bağlı Xəzər televiziyası ilə əlaqə saxladıq. Televiziyanın sözçüsü Aqşin Kamal bildirdi ki, Rüfətin efirdə olduğu barədə xəbərsiz idi.

MTRŞ-in Aparat rəhbəri Asəf Hacıyev isə söylədi ki, bununla bağlı dərhal tədbir görülüb və müğənni efirdən uzaqlaşdırılıb./Redaktor.az/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər