17 Aprel 2019 12:06
632
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ötən il respublika birinci instansiya məhkəmələri tərəfənfdən 246 min 920 işə, o cümlədən 224 min 584 mülki, 5029 iqtisadi, 17307 inzibati mübahisli işə baxılıb”.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ali Məhkəmənin sədri Ramiz Rzayev bu gün keçirdiyi mətbuat konfransında deyib.

Ramiz Rzayev bildirib ki, 2017-ci ildə 327.034 mülki, 4491 iqtisadi və 23907 inzibati məsələyə baxılıb. Qeyd olunan mübahisələrə dair baxılan işlərin ümumi sayı 30,5 faiz azalılb:

“Məhkəmələr tərəfindən 2018-ci ildə ümumi məhkum edilənlərin sayı 2017-ci ilə nisbətən 1300 nəfər azalıb, bəraət alan şəxslərin sayı isə dəyişməz qalıb.

Həmin müddətdə respublikanın birinci instansiya məhkəmələri tərəfifndən məhkum edilmiş 6005 nəfər barəsində apelyasiya şikayəti və protesti əsasında işə apelyasiya məhkəmələri tərəfindən baxılıb. Bu, respublikanln birinci instansiya, ümumi və hərbi məhkəmələr tərəfindən baxılan cinayət işləri üzrə məhkum edilənlərin sayının 48,3 faiz təşkil edir”.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər