17 Aprel 2019 12:43
566
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz bələdiyyə seçkiləri ilə bağlı hazırlıq mərhələsindəyik. MSK Seçki Məcəlləsinə uyğun olaraq öz fəaliyyətini davam etdirir.

Bunu Teleqraf.com-a açıqlamasında MSK-nın katibi Mikayıl Rəhimov deyib.

MSK katibi əlavə edib ki, hər il seçici siyahıları yenilənir: “Yanvar ayından bu proses başlanıb. Artıq Məntəqə və Dairə seçki komissiyalarında bu proses yekunlaşmaq üzrədir.

İndi MSK-dakı mövcud daimi seçici siyahıları ilə məntəqə və dairə seçki komissiyalarının hazırladığı seçici siyahıları arasında məsələlər müzakirə edilir, dəqiqləşdirmələr aparılır.

Mayın sonunda MSK yekun qərar qəbul edəcək”.


Müəllif: Cavad

Oxşar xəbərlər