Dilarə Əliyeva adına Qadın HüquqlarınınMüdafiə Cəmiyyətində “Ədalət Naminə” Həmrəylik Komitəsi təhsil mövzusunda ictimai müzakirə təşkil edib.
Teleqraf.com xəbər verir ki, iclasda hüquq müdafiəçilər iştirak edib.
Hüquq müdafiəçisi Səadət Bənəniyarlı bildirib ki, keyfiyyətli təhsil ölkənin gələcəyidir. Onun sözlərinə görə, Azərbaycan təhsilində bəzən yeniliklər tətbiq edilir, amma bu zaman köhnədən də nəsə saxlamağa çalışırıq: “Bakalavr təhsili alan qızlar universitetdə laborant kimi qala bilir. Ailə vəziyyəti və digər səbəblərdən xanımlar sonradan təhsilini davam etdirə bilmirlər”.
Hüquq müdafiəçisi repetitetr mövzusunda toxunaraq deyib ki, bu, adi hal alıb. Onun fikrincə, bu vəziyyət orta məktəblərdə təhsilin keyfiyyətini aşağı salır: “SSRİ zamanıda repetitorlar olurdu, ancaq buna çox istisna hallarda rast gəlinirdi və ümumi təhsili zəif qavrayan uşaqlara məktəb saatından sonra dərs keçirilirdi. Bəzən öz xətti ilə xaricə gedən və universiteti bitirənlərin diplomu ölkəmizdə tanınmır. Bu da ciddi problemdir”.
Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı deyib ki, sovet təhsil sisteminin yetirməsidir: “Sovet təhsil sistemində rüşvət yox idi. İki qızım ali məktəbi bitib və onların heç birinə repetitor tmamışam. Nəvələrimə isə repetitor tutmalı oldum. Mənim fikrimcə, məktəblərə ictimai nəzarət olmalıdır. Bizim nazirimiz də, həkimimiz də məktəbdən çıxır”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyib ki, Azərbaycanın ucqar Kələki kəndindən hər il 4 uşaq ali məktəbə daxil olur: "Eləcə də Qazax kəndlərindən. Orada rüşvət, fond pulu kimi məsələlər də yoxdur. Qaxın bir kəndindən 200-ə qədər alim çıxıb".