19 Aprel 2019 20:05
641
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında uşaq kardioloqu Elnur İmanov ürək qüsurlu iki körpə üzərində qapalı əməliyyat aparıb.

Teleqraf.com xəbər verir ki, çəkisi 8 kiloqram olan 16 aylıq Osman Rzayevdə qulaqcıqarası çəpər defekti və digər anomaliyalar, çəkisi 6 kiloqram olan 8 aylıq Məryəm Əlizadədə isə ağciyər arteriyasının stenozu cərrahi müdaxilə ilə aradan qaldırılıb. Xəstələr evə yazılıblar və vəziyyətləri qənaətbəxşdir.

E.İmanovun sözlərinə görə, O.Rzayevdə müayinə zamanı qulaqcıqarası çəpər defekti və digər anomaliyalar aşkar olunub. Xəstənin üzərində başqa əməliyyatların aparılmasına ehtiyac olduğundan çəpər defekti invaziv yolla aradan qaldırılıb.

“Digər körpə Məryəm Əlizadədə isə müayinə zamanı ağciyər arteriyasının stenozu müəyyən edilib. Körpənin ürəyində aşkarlanan qapaq darlığı pulmonar balon valvuloplastikanın müdaxiləsi ilə aradan qaldırılıb. Körpələr evlərinə buraxılıblar. Hazırda onların vəziyyəti qənaətbəxşdir”, - deyə mütəxəssis bildirib.

Qeyd edək ki, M.Əlizadənin üzərində aparılan əməliyyat universitetin Tədris Terapevtik Klinikasında qeydə alınan ilk cərrahi müdaxilədir. Belə ki, bu vaxtadək o yaşda və çəkidə heç bir körpə üzərində qapalı üsulla ürək əməliyyatı aparılmayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər